Ölkə 20:44 18.03.2018

“İnterpol”un axtardığı azərbaycanlı qadın saxlanıldı

Daxili İşlər Nazirliyi insan alverinə görə axtarışa verilmiş qadınla bağlı məlumat yayıb. 

Qaynarinfo Nazirliyin İnsan Alverinə qarşı Mübarizə İdarəsinə istinadən xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin insan alveri maddələri ilə 2017-ci ildən İnterpol kanalları ilə beynəlxalq axtarışda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış Şəmkir şəhər sakini, 1976-cı il təvəllüdlü Bayramova Nətavan Ənvər qızı saxlanılıb. O, istintaq orqanına təhvil verilib.