Dünya 15:13 22.10.2018

İordaniya İsraillə imzalanmış Oslo müqaviləsindən imtina edir

İordaniya İsraillə 25 il əvvəl imzalanmış Oslo müqaviləsindən imtina edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Kral II Abdulla "Twitter" hesabında məlumat verib. Razılaşmaya görə mübahisəli Əl Bakura və Əl Qəmr əraziləri İsrailə kirayə verilmişdi. Müqavilənin müddəti 25 oktyabr 2019-cu ildə yekunlaşır və yenilənməyəcək.

Qeyd edək ki, ərazilərin İsraildən geri alınması barədə İordaniyada aksiyalar keçirilmiş, parlamentdə millət vəkilləri bildiriş imzalamışdı.

Gülşən