Texnologiya 12:07 21.04.2018

iOS 12 yenilənməsi nə vaxt çıxacaq?

Apple şirkətinin öz cihazlarında istifadə etdiyi əməliyyat sistemi iOS ilə bağlı bir neçə məlumat təsdiqləndi. iOS 11-lə istifadəçilərə çətin anlar yaşadan şirkət iOS 12 ilə bütün problemləri həll edəcəyini vəd edib. 

Qaynarinfo-nun Technote-yə istinadla verdiyi xəbərə görə, estetik olaraq az dəyişiklər olacağı düşünülən bir sonrakı versiyanın, əsasən performans, stabillik və sürətli iPhone təcrübəsini geri qaytaracağı deyilir.

iOS 12 Apple konfransı olan WWDC 2018-də tanıdılacaq, konfransdan sonra və ya 1 həftə/10 gün ərzində "Beta" olaraq yayımlanacaq.    

Beta versiya 4 ay ərzində test ediləcək və sonra isə stabil versiya bütün istifadəçilər üçün hazır olacaq. Yəni Sentyabr ortalarına qədər iOS 12-nin stabil versiyasını istifadə etmək olmayacaq.