Ekonomiks 12:02 18.06.2014

iPhone istifadəçilərinin nəzərinə! - XƏBƏRDARLIQ


Apple şirkəti bəzi iPhone modellərində USB adaptorların təcili dəyişdirilməsini tələb edir. Həmin modellərin qızan adaptorları təhlükəsizlik üçün təhdiddir.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, həmin adaptor 2009-cu ildən 2012-ci ilə qədər satılmış  iPhone 3GS, iPhone 4 və iPhone 4s smartfonlarının komplektində olub.

Defektli adaptoru yoxlamaq üçün arxa tərəfinə baxmaq lazımdır. Əgər "CE" hərfləri rənglənibsə və model nömrəsi A1300-dürsə, deməli, həmin adaptor defektlidir və yenilənmiş A1400 modeli ilə dəyişdirilməlidir.

Şirkətin məlumatına görə, yeni versiya ilə dəyişdirilmə pulsuz olacaq. Bundan başqa, adaptorun dəyişdirilməsi zamanı iPhone-un seriya nömrəsi yoxlanılacaq.

Qaynar.info