Ekonomiks 19:27 18.07.2014

“iPhone” üçün “Google Analytics”in əlavəsi

Saytlara daxilolmalar üzrə statistik hesabatlara baxmaq üçün nəzərdə tutulmuş "Google Analytics" rəsmi əlavəsi "Android" üçün buraxılıb və artıq "AppStore"da pulsuz yükləmə üçün təqdim edilib.

"ICTnews" xəbər xidmətinin verdiyi məlumata görə, "iPhone" üçün "Google Analytics" real vaxt rejimində istifadəçilərin sayı ilə bağlı sürətli hesabatlara baxmaq imkanı ilə yanaşı, istifadəçilərin davranışları və s. genişləndirilmiş məlumatlarla tanış olmağa kömək edir.
 
Əlavə "iOS" üçün ənənəvi "Google" interfeysində düzəldilib. Autentifikasiya və akkaunta giriş şirkətin "Gmail", "Google+" kimi digər mobil əlavələrində olduğu kimi həyata keçirilir. "iOS" üçün "Analytics"in cari mobil versiyası "iPad" planşetlərinin ölçülərinə uyğun optimallaşdırılmayıb, lakin bu, təbii ki, vaxt ilə həll olunacaq. "Google Analytics for iPhone" əlavəsini BURADAN ünvanından yükləmək olar.
 
Qaynar.info