İpoteka ilə ev almaq istəyənlərə ŞAD XƏBƏR

İpoteka ilə ev almaq istəyənlərə ŞAD XƏBƏR

Bir müddət idi ki, ipoteka kreditlərinin verilməsi dayandırılmışdı. Artıq banklar tərəfindən verilən kreditlər bərpa edilib. Vətəndaşlar adi və sosial ipoteka kreditlərini əldə edə bilərlər.

"Qaynarinfo.Az" xezerxeber.az-a istinadən bildirir ki, kommersiya bankları tərəfindən dövlət xətti ilə adi və sosial ipoteka kreditlərinin ödənilməsi davam etdirilir.Mərkəzi Bankdan verilən məlumata görə, uzun fasilədən sonra bu il vətəndaşlara banklar tərəfindən 37,5 mln. manatlıq ipoteka krediti verilib.

Bu il ərzində ən çox ipoteka krediti mart ayında təqdim edilib. Belə ki,bu ilin mart ayında banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63 dəfə və ya 12,4 mln. manat artıb.

Adi ipoteka kreditlərinin verilməsi üçün Azərbaycan İpoteka fondu tərəfindən buraxılan istiqrazların satılması şərtdir.

İpoteka kreditlərinin verilməsinin bərpa edilməsi bank sektorunda ötən illə müqayisədə bu il stabilləşmənin müşahidə edilməsidir.

Bu ilin aprelin 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 41 min manat olub.

Qaynar.Az

XƏBƏRLƏR
BLOGLAR