Video 23:45 15.01.2019

İpoteka kreditləri ilə bağlı yenilik (VİDEO)

Artıq güzəştli ipoteka ilənisbətən bahalı mənzil almaq mümkün olacaq.

İndiyədək qüvvədə olan qaydalara görə, güzəştli ipoteka krediti ilə yalnız 1 kvadratının qiyməti orta bazar qiymətindən aşağı olan evlər almaq mümkün idi.Yəni güzəştli kreditlərlə bahalı mənzillərin alınması mümkün deyildi.

Edilən dəyişikliklə güzəştli kreditlərlə istənilən qiymətə olan mənzil və ya ev əldə etmək mümkün olacaq. Bununla yanaşı bu yeniliklər MİDA tərəfindən inşa edilən mənzillərin satışına da aiddir.

Eskpert Vüqar Bayramlının sözlərinə görə ,dəyişikliklər mənzil bazarının canlanmasına səbəb olacaq.