Ekonomiks 23:53 28.03.2020

İqlim şəraiti koronavirusa necə təsir edir?

Koronavirusu mövsümi qrip səviyyəsində olan bir virusdur.

Qaynarinfo e-tibb.az-a istinadən bildirir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki, xüsusilə təhlükəli infeksiyalara qarşı mübarizə üzrə ekspert, Rusiya İstehlak Nəzarəti  Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutu direktorunun elmi məsləhətçisi Viktor Maleev deyib.

Onun sözlərinə görə, koronavirus iqlimdən əhəmiyyətli dərəcədə təsirlənir. Ümumiyyətlə, mövcud nəzəriyyələrdən birinə görə, COVID-19 qriplə eyni mövsümi infeksiyadır: "İqlim virusa bir çox dərəcədə təsir edir. Gündəlik hava da təsir edə bilər. Nəzəriyyələrdən biri də koronavirusun mövsümi bir infeksiya kimi, tənəffüs yollarının digər yoluxucu xəstəlikləri, qrip kimi olduğunu deməyə əsas verir.

Bizdə çoxlu tənəffüs yolları virus infeksiyası var, təxminən 200-ə qədər. Və əksəriyyəti də mövsümidir. Koronavirus epidemiyasının başladığı Çində Təbiət Elmləri Milli  Fondu, isti və rütubətli hava səbəbiylə COVID-19 yayılmasının azalması barədə araşdırma aparıb. Tədqiqatçıların fikrincə, koronavirusun yayılmasına qarşı mübarizədə ən yaxşı kömək qızmar hava ola bilər.

Alimlər iqlim şəraitinin virusların ötürülməsinə hər zaman təsir etdiyini əsas götürüblər. Əlbəttə ki, əhalinin sıxlığı və tibbi xidmətin keyfiyyəti də böyük əhəmiyyətə malikdir".