Ekonomiks 18:35 23.09.2018

İqtisadçı: “Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”

Bir müddət əvvəl paytaxt Bakıya gələn tələbələrin gəlməsi kirayə mənzil bazarında ajiotajın yaranmasına səbəb olurdu. Kirayə mənzil bazarında qiymətlərin baha olması paytaxta yeni gələnlərin  Bəs görəsən indi vəziyyət necədi? 

Məsələ ilə bağlı Modern.az-a danışan  iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, avqust ayında və sentyabrın birinci yarısında kirayə evlərə tələbin artması müşahidə olundu:

"Bu da kirayə evlərin qiymətinin artmasına səbəb oldu. Sentyabrın ikinci yarısından başlayaraq kirayə evlərə olan tələbin stabilləşməsi müşahidə olunur. Tələbin stabilləşməsi birbaşa kirayə ev bazarında tələb yaradanların ev tapması ilə bağlıdır. Çünki əsasən kirayə mənzil bazarına tələbi universitet tələbələri formalaşdırırdı. Avqust ayında xarici ölkələrdən Azərbaycana gələnlər də kirayə mənzil bazarında tələbin yaranmasına səbəb olub. Eyni zamanda təklifin dəyişməməsi də qiymətin artmasına səbəb olur”. 

V.Bayramov bildirib ki,  Hal-hazırda qiymətlər stabilləşib:

 "Kirayə bazarındakı xüsusilə də bir müddət əvvəl müşahidə edilən ajiotaj artıq yoxdur. Qiymətlərin stabilləşməsi və  tələbin stabilləşmi müşahidə olunur”. 

İqtisadçının sözlərinə görə,  bütövlükdə daşınmaz əmlak bazında son 1 ildə qiymət artımları daha çox kirayə bazarında qeydə alınıb: 

"Mənzillərdə kəskin artımlar yoxdu, qiymətlər stabildir. Bahalı mənzillərin qiymətində isə azalmalar var”.