Gürcüstanın baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana səfər edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
O, Azərbaycan-Gürcüstan hökumətlərarası iqtisadi komissiyanın 10-cu sessiyasında iştirak edəcək. Komissiyanın iclasında hər iki ölkənin hökumət üzvləri iştirak edəcəklər. Baş nazir İrakli Kobaxidzenin Azərbaycanda yüksək səviyyəli görüşləri planlaşdırılır.
Gürcüstan nümayəndə heyətinə baş nazirin rəhbərlik etdiyi heyətə, birinci vitse-prezident, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.
İrakli Kobaxidzenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü planlaşdırılır. Görüşdən sonra liderlər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.
Şərhlər