Ekonomiks 13:08 09.07.2019

İran "Bitcoin"i qadağan etdi

İran "Bitcoin" kripto valyutasını qadağan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Çirkli Pulların Yuyulması ilə Mübarizə Konqresi qərar qəbul edib.
 
İran Mərkəzi Bankının prezident köməkçisi Nasir Hakiminin sözlərinə görə, Bitcoin bazarında böyük təhlükələr mövcuddur. Valyutanın dəyərində ciddi dəyişikliklər səbəbilə "Bitcoin" qadağan edilib, həmçinin vətəndaşlara bu sahəyə investisiya yatırmamaq məsləhət görülüb. 

Kripto valyutanın istehsalı üçün böyük miqdarda elektrik enerjisinə ehtiyac var. Məlumata görə, ölkədə dövlət tərəfindən pulsuz elektriklə təmin edilən fabriklər, əkin sahələri, dövlət müəssisələri, məktəblər, məscidlər qanunsuz "Bitcoin" mərkəzlərinə çevrilmişdi.

Gülşən