Dünya 14:57 12.03.2013

İran bu filmi məhkəməyə verəcək

İran hökuməti Hollivudu Ben Afflekin rejissoru olduğu "Arqo" filminə görə məhkəməyə verəcək. 

Qaynar.info-nun məlumatına görə, İran tərəfinin məhkəməyə müraciət etməsinə səbəb filmdəki hadisələrin təhrif olunmasıdır. 

İran mətbuatı artıq məşhur fransız vəkil İzabel Kutan Peyrin ölkəyə gəldiyini yazıb. 

Qeyd edək ki, film 1979-cu ildə İranda baş verən inqilab zamanı girov götürülmüş ABŞ səfirliyinin 6 əməkdaşının qaçmasından bəhs edir. 

İranın təzyiqlərinə baxmayaraq, "Arqo" filmi 3 nominasiyada - "Oskar", "Qızıl Qlobus" və "İlin ən yaxşısı" mükafat qazanıb. 

Qaynar.info