Dünya 17:41 05.03.2020

İran generalı: “Koronavirus ABŞ-ın bioloji silahıdır”

İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyni Səlami son zamanlar ölkədə minlərlə insana yoluxmuş COVID-19 koronavirusunun "ehtimal ki, əvvəlcə Çinə, sonra İrana və digər ölkələrə yayılan ABŞ-ın bioloji silahı olduğunu" deyib.

Bu günə qədər, demək olar ki, yalnız Çin sakinləri və birbaşa əlaqə qurduqları insanlar arasında müşahidə edilən koronavirus 80-dən çox ölkədə qeydə alınb və xüsusilə Cənubi Koreyada, İtaliya və İranda yayılıb. Bundan əvvəl bəzi ekspertlər epidemiya ilə bağlı məlumatların bir hissəsinin İranda gizlədildiyi və ölkədə son parlament seçkiləri öncəsi çaxnaşmanın qarşısını almaq üçün koronavirusun yayılması ilə mübarizədə aktiv səylərin təxirə salınmasına dair fikirlərini bildiriblər.
 
Alpər