Dünya 16:56 15.10.2017

İran İraqla sərhədi bağladı?

İran Şimali İraqla sərhədləri bağlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Pərvəzxan sərhəd qapısının müdiri Əli Tevfik İranın İraqın Süleymaniyə bölgəsinə açılan sərhəd qapısını bağladığını deyib. İranın İraq Kürd Bölgə İdarəsi ilə ticarət əlaqəsi üçün 3 sərhəd keçid məntəqəsi var.

Digər tərəfdən isə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds üzrə generalı Qasım Süleymani kürd bölgəsinin rəsmiləri ilə görüşmək üçün Şimali İraqa gedib. Ötən ay kürd bölgəsinin keçirdiyi və İraq höküməti tərəfindən qeyri-qanuni elan edilən müstəqillik referendumu əsas müzakirə mövzusu olacaq.

İranın xarici işlər nazirliyi isə yayılan bu məlumatı yalanlayıb və belə bir qərarın qəbul edilmədiyini bildirib.

Qeyd edək ki, İran ötən ay Şimali İraqla hava sərhəddini bağlamışdı.

Gülşən

Qaynarinfo.Az