Dünya 10:32 19.08.2018

İran pasportlara vurulan möhürü ləğv edir

İran ölkəyə gələn turistlərin pasportuna möhür vurulmasını ləğv etmək niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə Mehr agentliyi yazıb. İran XİN informasiyanı təsdiq edib. Addımın səbəbi "turistləri təhlükədən qorumaq"dır.

Qeyd edək ki, ABŞ-ın tətbiq edilən sanksiyalarla əlaqədar pasportunda İran möhürü olan şəxslərin bəzi ölkələrə girişinə çətinliklər yaradılırdı.

Gülşən