Dünya 11:58 12.03.2018

İran səfirliyinə hücum: 1 ölü, 1 yaralı

İranın Avstriyadakı səfirliyinə bıçaqlı şəxs tərəfindən hücum edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 26 yaşlı Avstriya vətəndaşı binanı mühafizə edən əsgərə bıçaqla hücum edib və onu yaralayıb. Hücumçu daha sonra növbətçi əsgər tərəfindən silahla vurularaq öldürülüb. 

Avstriya müdafiə nazirliyinin sözçüsü Mixael Bauer bildirir ki, bu şəxsi dayandırmaq üçün əvvəlcə bibər qazından istifadə edilib, lakin onun qarşısını almaq mümkün olmadığı üçün məcburi şəkildə silaha əl atılıb.

Hadisənin baş vermə səbəbi araşdırılır.

Gülşən