Dünya 11:00 12.11.2017

İran Suriyada hərbi baza yaradır

İran hökümətinin Suriyada hərbi baza yaratması barədə iddia irəli sürülüb.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Şam yaxınlığında qurulduğu iddia edilən hərbi bazanın məqsədi Hizbullaha dəstəkdir. 

Baza İsrailin əlində olan Golan təpələrinə 50 km məsafədə yerləşir. İsrailin baş naziri Benyamin Netanyahu "Twitter"də "İŞİD getdi, İran yerləşdi. İsrail buna icazə verməyəcək" açıqlaması ilə çıxış etmişdi. 

Hərbi bazanın qurulması iddiası yanvar, may, oktyabr ayında çəkilmiş peyk görüntülərinə əsasən irəli sürülüb.

Qeyd edək ki, İran höküməti Suriyada davam edən vətəndaş müharibəsində Şam hökümətinin yanında yer alıb.

Gülşən
Qaynarinfo.Az