Ekonomiks 19:00 02.11.2019

İran təyyarələrinin bu ölkənin hava limanlarına enməsi qadağan olundu

İranın "Mahan Air” aviaşirkətinə məxsus təyyarələrin İtaliyanın hava limanlarına enməsini qadağan edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə İtaliya hökuməti qərar qəbul edib. Qadağa sərnişin təyyarələri ilə yanaşı, yük təyyarələrinə də şamil olunacaq. 
İtaliya hökumətinin bu qərarı bir sıra şirkətlərin etirazına səbəb olub. Şirkət rəhbərləri hökumətə müraciət edərək bu qadağa nəticəsində onlara dəyən külli miqdarda ziyanın müqabilində kompensasiya ödənilməsini tələb ediblər.

İranın "Mehr news” xəbər agentliyi İtaliyanın "La stampo” qəzetinə istinadla yazır ki, hökumət ABŞ-ın təzyiqlərinə davam gətirə bilməyərək "Mahan Air” şirkətinə məxsus təyyarələrin ölkənin hava limanlarına enməsini qadağan edib. Halbuki bu qadağa İtaliyanın iqtisadiyyatına zərər vurur.

Xatırladaq ki, "Mahan Air”in ABŞ-ın sanksiyalar siyahısına salınmasından sonra Fransa və Almaniya da aviaşirkətin bu ölkələrə uçuşlar həyata keçirməsinin qadağan ediblər.