Sənət 15:02 17.05.2019

İran və azərbaycanlı ifaçıların birgə albomu buraxılacaq

İranın saz ifaçısı Vəhid Əsədullahi ilə azərbaycanlı pianoçu Məhəmməd Anar Abbasov və  kamança ifaçısı Səlim Abbasovun birgə musiqi albomu buraxılacaq.

Qaynarinfo xəbər verir ki, ONA-nın Tehran bürosunun məlumatına görə, bu barədə  V. Əsədullahi özü məlumat verib.

Onun sözlərinə görə, hazırda albom üzərində iş gedir.  "Albom sentyabr ayına qədər buraxılacaq və biz Tehranda Azərbaycan sənətkarları ilə birgə konsert təşkil edəcəyik”.