Dünya 14:08 06.01.2019

İran və Rusiya Xəzərdə ortaq təlim gerçəkləşdirəcək

İran və Rusiya Xəzər dənizində ortaq axtarış və xilasetmə təlimi gerçəkləşdirəcək.

Qaynarinfo xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Hüseyn Xanzadi deyib. O, Xəzər dənizində İran və Rusiya Dəniz Qüvvələri arasındakı əməkdaşılığının artdığını da vurğulayıb.

"Xəzərdə yaxşı münasibətlərimiz var və region ölkələri də bunun fərqindədirlər. Xəzərin təhlükəsizliyi region ölkələri tərəfindən qorunur. Yaxın zamanda Rusiya Dəniz Qüvvələri ilə ortaq axtarış-xilasetmə yəlimi gerçəkləşdirəcəyik", - deyə o, bildirib.

Xəzərdə region ölkələrindən başqa digər dövlətlərin olmasına icazə verməyəcəklərini deyən Xanzadi Xəzərin sülh və dostluq bölgəsi olacağını sözlərinə əlavə edib.

Təlimin baş tutacağı tarix isə hələlik açıqlanmayıb.