Dünya 20:10 31.10.2017

İran yeni bombaları sınaqdan keçirdi

İranın Hərbi-Hava Qüvvələri İsfahan əyalətində idarəolunan aviasiya bombalarını sınaqdan keçirib.

Trend-in məlumatına görə, sınaqlar iki gün davam edəcək hərbi təlimlər zamanı keçirilib.

Qeyd olunur ki, F-7 təyyarələri İran istehsalı olan uzaq məsafəli bombalar buraxıb. 226 kiloqramlıq idarəolunan bombalar şərti hədəfləri uğurla məhv edib.

Qaynarinfo.Az