Dünya 21:16 22.08.2019

İranda 2 deputat saxlanılıb

İran parlamentinin iki deputatı saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə parlamentin sözçüsü Məhəmməd Cavad Camali məlumat verib.

Saxlanılanlar Zəncan və Əbhəri təmsil edən deputatlar - Firudin ƏhmədiMəhəmməd Əzizidir. Onlar Tehranda Evin həbsxanasına nəql olunsalar da, sonradan 10 milyard rial (təxminən 238 min dollar) dəyərində girov pulla azadlığa buraxılıblar. 

Məhəmməd Cavad Camali bildirib ki, indiyədək bu haqda İranın Məhkəmə Sistemindən parlamentə məktub göndərilməyib. Deputatın saxlanılması və ya dindirilməsi ilə bağlı qərar olarsa, adətən prosesdən öncə parlamentin rəyasət heyətinə məlumat verilir.