Dünya 13:16 28.02.2020

İranda daha 4 deputatda koronavirus aşkarlandı

İranda daha 4 millət vəkilinin koronavirusa yoluxduğu məlum olub.

Qaynarinfo xəbər verir ki, bu barədə İran Parlamentinin İdarə Heyətinin üzvü Məhəmməd Əli Vəkili Tvitter hesabında məlumat verib. O, qeyd edib ki, 2 məclis üzvündə koronavirus aşkarlanmasından sonra 30 millət vəkilinə virus testi edilib. Nəticədə 4 nəfərin analizləri müsbət çıxıb. Lakin Vəkili onların adını açıqlamayıb.

Qeyd edək ki, bu vaxta qədər İranda koronavirus səbəbindən 26 nəfər ölüb.

Camal