Dünya 16:33 20.10.2018

İranda daha bir nazir istefa verdi

İranın yol və şəhərsalma naziri Abbas Axundi istefa verib.

Qaynarinfo xəbər verir ki, Axundi 1 sentyabrda prezident Həsən Ruhaniyə təqdim etdiyi istefa məktubunu bu gün sosial şəbəkə hesabında paylaşıb. Nazir istefasının hökümətin urbanizasiya prosesinə müdaxiləsi və fikir ayrılıqları ilə əlaqədar olduğunu açıqlayıb.

Abbas Axundi daha əvvəl 3 dəfə istefa verib, lakin qəbul edilməyib. Nazirlik Axundinin istefa verdiyini təsdiqləyib. 

Qeyd edək ki, İranda avqust ayı iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyan, və iş naziri Əli Rəbinin istefası ilə yadda qalıb.

Gülşən