Sənət 12:40 21.12.2018

İranda həbsdə olan azərbaycanlı şair ağır xəstəliyə tutuldu

İranın Savə zindanında məhbus həyatı yaşayan Güney Azərbaycan şairi Əmir Səlamət sümük iliyi xərçənginə tutulub.

Qaynarinfo kult.az-a istinadən xəbər verir ki, bu barədə güneyli fəallar sosial şəbəkədə qeyd ediblər.

Onlar Əmir Səlamətin türkcə tənqidi şeirlər yazdığı üçün 4 il həbs cəzasına məhkum edildiyini bildiriblər:

"Əmir o şeirləri heç bir yerdə çap etdirməyib, lakin onu həbs ediblər. O, Savə zindanında 1.5 il həbsdən sonra sümük iliyi xərçənginə tutulub. Bu xəstəlik çox ağır keçir və yaxın günlərdə şairin əli kəsilə bilər”.

Qeyd edək ki, azərbaycanlı şairin hansı maddə ilə ittiham olunduğu bəlli deyil.