Dünya 14:46 04.03.2020

İranda koronavirus nəzarətdən çıxdı: virus bütün şəhərlərə yayıldı

İranda koronavirusla mübarizə məsələsində nəzarəti itirib. Epidemiya demək olar ki, bütün şəhərlərə yayılıb.

Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani deyib. Ölkə başçısının bu açıqlamasından sonra İranda panika yaranıb. Virusun yayılmasının qarşısını almaq üçün 54 mindən çox məhkum da müvəqqəti sərbəst buraxılıb.

Qeyd edək ki, İranda Covid-19 virusu səbəbindən 77 nəfər ölüb.

Camal