Dünya 22:40 08.03.2020

İranda koronavirusa qarşı saxta içkidən istifadə edən 7 nəfər öldü

İranın cənubunda yerləşən Xuzistan əyalətinin Əhvaz şəhərində 7 nəfər koronavirusa qarşı müalicə metodu kimi istifadə etdikləri saxta içkidən zəhərlənərək dünyasını dəyişib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xuzistan əyaləti başçısının müavini Əli Birənvənd açıqlama verib. O, daha 48 nəfərin də saxta içkidən zəhərləndiklərini və bəzilərinin görmə qabiliyyətlərini itirdiklərini deyib.

Əyalət rəsmisi ölü sayının artacağı da istisna etmədiyini bildirib.

Camal