Dünya 15:26 01.04.2020

İranda koronavirusa qarşı tədbir: məmurlar əzrail kostyumunda küçələrə çıxdılar

İranda bələdiyyə işçiləri insanlar arasında fiziki məsafənin önəmini vurğulamaq üçün əzrail kostyumu geyərək, küçələrə çıxıblar.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin Hürrəmşəhr şəhərində baş verib. Əzrail kostyumu geyən məmurlar virusun ölümcül olduğuna diqqət çəkiblər. Eyni zamanda məsələ ilə bağlı xəbərdarlıq da ediblər.

Camal