Dünya 09:35 04.02.2019

İranda kosmik tədqiqat mərkəzində yanğın: 3 alim öldü

İranda Kosmik Tədqiqat Mərkəzində yanğın meydana gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə Kommunikasiya və İnformasiya Texnologiyaları naziri Cavad Azəri Cehromi məlumat verib. Səbəbi qeyri-müəyyən olan yanğında 3 alim həyatını itirib. Hadisə İran İslam inqilabının 40 illiyi münasibətilə keçirilən tədbir zamanı baş verib və yanğından vaxtında xəbər tutan olmayıb. 

Həyatını itirən alimlərin adları açıqlanmayıb.

Gülşən