Dünya 19:05 20.05.2019

İranda sel və ildırım 20 nəfərin həyatına son qoydu

İranın qərbində 8 maydan bəri müşahidə edilən güclü yağış və ildırım 20 nəfərin həyatına son qoyub.

Qaynarinfo xəbər verir ki, İran Təcili Yardım İdarəsinin sözçüsü Müctəba Xalidi açıqlamasında Ərdəbil, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Zəncan, Xorasanı Rəzəvi, Cənubi Xorasan, Caharmahal Bəxtiyari, İsfahan, Kermanşah, Kürdüstan, Fars, Xuzistan, Kirman, Loristan, Kohgiluye-Boyer Əhməd və Gilanda müşahidə edlən sel və ildırımın 20 nəfərin ölümü, 37 nəfərin yaralanması ilə nəticələndiyini vurğulayıb. 

Qeyd edək ki, İranda yazın əvvəllərində müşahidə edilən güclü yağışlar 78 nəfərin həyatına son qoymuşdu.

Gülşən