Dünya 13:32 30.01.2019

İranda su anbarının boşaldılması faciəyə səbəb oldu

İranın qərbində yerləşən Loristan əyalətində aramsız yağışlar səbəbindən su anbarına toplanan artıq suyun buraxılması fəlakətlə nəticələnib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, su anbarının qapıları açıldıqdan sonra dərələrdə su səviyyəsi xeyli artıb və 300 evi su basıb. Sel səbəbindən onlarla kənd boşaldılıb.

Bununla bağlı açıqlama verən əyalətin fövqəladə hallar idarəsinin rəhbəri Qulamrıza Ağamirzeyi evlərini su basmış insanların müvəqqəti məskunlaşması üçün sığınacağa ehtiyac olduğunu və maddi zərərin aradan qaldırılması üçün işlərin davam etdirildiyini bildirib.

Sel əyalətə bağlı 11 qəsəbəyə ziyan vurub. Bu səbəbdən 35 kənd təxliyə edilib.

Qeyd edək ki, anoloji hadisə bir müddət öncə də Xuzistan əyalətində baş vermişdi.