Dünya 17:15 15.02.2019

İranda təyyarə qəzası: 2 nəfər öldü

İranın Xorasan əyalətində təlim təyyarəsi qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, Kaşmar şəhəri yaxınlığında baş verən qəza təyyarə göyərtəsindəki 2 nəfərin ölümü ilə nəticələnib. Həlak olanlardan biri pilot, digəri isə tələbə olub. 

Qeyd edək ki, hadisə təyyarə havalanandan 2 dəqiqə sonra texniki nasazlıq səbəbilə baş verib.
 
Gülşən