Dünya 09:35 17.05.2018

İranda zəlzələ qeydə alınıb

İranın qərbində 3,7 bal gücündə zəlzələ qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təkan saat 04:33-də, Şuş şəhərinin şimalında, yerin 10 km dərinliyində qeydə alınıb.

Dağıntı və təlafat barədə məlumat yoxdur.

Gülşən