Ölkə 10:16 24.02.2020

İrandan gələn avtobuslar hər gün dezinfeksiya olunur - Nuridə Allahyarova

İranın Tehran və Ərdəbil şəhərlərinə gündəlik müntəzəm marşrut xətləri üzrə hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Qaynarinfo xəbər verir ki, bunu Modern.az-açıqlamasında Dövlət Abtomobil Nəqliyyatı Xidməti (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

O qeyd edib ki, sözügedən istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib:

"Beynəlxalq reyslər, həmçinin Tehran və Ərdəbil şəhərləri üzrə reyslərdə xidmət göstərən avtobuslarda dezinfeksiya işlərinin təşkili gündəlik təmin edilir. Hər hansı dəyişiklik olacağı təqdirdə rəsmi qaydada sərnişinlər məlumatlandırılacaq".