Dünya 19:28 18.11.2019

İranın Ali Rəhbərinin nümayəndəsinə sui-qəsd cəhdi oldu

İranın Ali Rəhbəri ayətullah Əli Xamneyinin nümayəndəsi, Yəzd şəhər məscidinin imamı Məhəmməd Naseri Yəzdiyə qarşı sui-qəsd cəhdi olub.

Qaynarinfo İRNA agentliyinə istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib. Belə ki, onun evinə silahlı basqın cəhdi olub. 

Sui-qəsd cəhdinin qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınıb. Təhlükəsizlik qüvvələri 4 nəfəri saxlayıb, daha bir neçə nəfər şübhəli isə hadisə yerindən qaçmağa müvəffəq olub.