Dünya 12:10 04.03.2020

İranın daha bir naziri koronavirusa yoluxdu

İranın daha bir naziri koronavirusa yoluxub.

Qaynarinfo xəbər verir ki, bu haqda Türkiyənin Anadolu xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, virusa yoluxan şəxs İranın Sənaye, mədən və ticarət naziri Riza Rəhmanidir.

Qeyd edək ki, İranın Səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq Ədliyyə naziri Mustafa Purməhəmmədi də koronavirusa yoluxub. Bundan başqa, ölkənin Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb. Həmçinin parlamentin 23 deputatın da koronavirus testi müsbət çıxıb.

Alpər