Xəbər lenti

İranın özününküləşdirdiyi azərbaycanlı
Ölkə 18:30 16.01.2023

İranın özününküləşdirdiyi azərbaycanlı

İran rejimi Azərbaycana qarşı qərəzli mövqe sərgiləməklə yanaşı, azərbaycanlı dahiləri özününküləşdirmək siyasətindən də əl çəkmir. Onun özününki kimi təqdim etdiyi azərbaycanlı dahilərdən biri də tibb elmləri doktoru, professor İrani Mutallib Abdulla oğludur. O, 13 avqust 1926-ci ildə Cənubi Azərbaycanın Təbriz şəhərindən 60 km aralıdakı Şəbüstəridə kəndli ailəsində anadan olub. 

1931-ci ildə Gülşənroz kənd səkkkizillik məktəbinə daxil olub və 1939-cu ildə oranı əla qiymətlərlə başa vuraraq Təbrizə gedib, oradakı Razi adına orta məktəbdə təhsilini davam etdirib. 

1942-ci ildə natamam orta təhsilini başa vuran M.İrani təhsilini Təbrizdəki Firdövsi adına tam orta məktəbdə davam etdirir və 1944-cü ildə oranı əla qiymətlərlə bitirir. 

M.İrani xalqın istimai-siyasi həyatında dah fəal iştirak etmək məqsədi ilə 1943-cü ildə İran Xalq Partiyasının gənclər təşkilatına üzv olur. 1944-cü ildə isə İran Həmkarlar Təşkilatına daxil olur.

Uşaqlıqdan həkim olmaq arzusunu reallaşdırmaq istəyən Mütəllib 1945-ci ildə Bakı şəhərinə gələrək, Azərbaycan Dövlət Tibb İnstitunun (indi Dövlət Tibb Universiteti adlanır) "Müalicə” fakültəsinə daxil olaraq, 1950-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirib. 

1946-cı ildə qısa müddətə Cənubi Azərbaycan qayıdan M.İrani elə həmin ildə Azərbaycan Demokrat Partiyasının sıralarına daxil olaraq, Mərkəzi-Təbliğat Şöbəsinin müdiri təyin olunur. 

Azərbaycanın görkəmli kardioloqu, tibb elmləri doktoru, akademik Cahangir Abdullayevin təkidi ilə M.İrani 1950-ci ildə Azərbaycan Tibb İnstitutunun II Hospital terapiya kafedrasının ordinaturasına qəbul edilir. Onun elmi rəhbərliyi altınada İrani M. SSRİ Ali Təhsil Nazirliyinin Ali Atestasiya Komissiyasının 5 yanvar 1956-ci il tarixli Qərarı ilə "Tibb elmləri namizədi” alimlik dərəcəsinə layiq görülür. 

Elmi fəaliyyətini davam etdirən doktor İrani tezliklə İttifaq miqyasında tanınan kardiloqlardan birinə çevrilir. Azərbaycanda və SSRİ-də dərc olunan tibbi jurnallarda elmi məqalələrlə çıxış etməklə bərabər, doktorluq dissertasiyasını da hazırlayır. 19 oktyabr 1964-cü ildə "Xəstələrdə təzə miokard infarkt və tac damarının xroniki çatışmazlığı ilə əlaqədar antikoaqulyantların (dikumarin və pelentan) uzunmüddətli və fasiləli tətbiqi zamanı qanın laxtalanan və laxtalanmayan komponentləri sisteminin dəyişilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, 36 yaşında "Tibb elmləri doktoru” adını alır. Sovet vaxtında bu yaşda elmlər doktoru olmaq hər adama müyyəssər olmurdu. Ancaq həddən artıq istedadlılar bu pilləyə qalxa bilirdilər.

M.İrani Elmi-Tədqiqat Kardiologoya İnstitunun yaradıldığı ilk gündən ömrünün sonuna qədər orada çalışıb. 

ATU-nun kliniki farmakologiya kafedrasının müdiri, Elmi-Tədqiqat Kardiologiya İnstitunun direktoru, Tədqiqat Kardiologiya tibb elmləri doktoru, professor Adil Baxşəliyev "Azərbaycan” qəzetində (9 sentyabr 2010, s.4) M.İrani haqqında yazıb: 

"Professor Mütəlib İrani 1 monoqrafiya və 38 elmi əsərin müəllifidir. Kardiologiya üzrə miokard infarktı və xroniki koronar çatışmazlığın antikoaqulyant müalicəsi (dikumarin, pelentan) hiper-, hipo, normotoniklərdə mövsümi dəyişiliklər mövzuları ilə bağlı araşdırmalar aparıb, miokard infarktı olan və stenokardiyalı xəstələrin antikoaqulyant-larla müalicəsi ilə məşğul olub. Alimin "Miokard infarktıvə stenokardiyası olan xəstələrdə antikoaqulyant müalicəsi” monoqrafiyası (1968-ci il) kardiloqlara ürək patologiyasında antikoaqulyantların düzgün seçilməsi, dozalanması və işlədilməsinə istiqamət verir”. 

M.İrani 1982-ci ildə Bakı şəhərində vəfat edib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->