Dünya 10:24 11.03.2013

İranlı diplomatdan şok açıqlama

İran Qarabağ müharibəsi zamanı Qarabağda döyüşən erməni silahlı qruplaşmalarına yardım edib.

APA-nın məlumatına görə, bu barədə İranın nüfuzlu saytlarından olan “İrdiplomacy” yazıb.

Məqalədə adı çəkilməyən İran diplomatı Azərbaycanın Qarabağı geri almaq istədiyini, bunun üçün müharibə apardığını deyib: “Amma məqsədinə nail ola bilmədi. O savaşda İran Qarabağdakı erməni silahlılarını himayə etdi. Bu isə Bakı ilə Tehran arasında ixtilafın yaranmasına səbəb oldu”.

Qaynar.info