Dünya 14:22 06.09.2018

İraqda nümayişlər: bələdiyyə binası yandırıldı, ölü və yaralılar var

İraqın Bəsra şəhərində işsizlik, yoxsulluq və rüşvətxorluğa qarşı etirazlar davam edir.

Qaynarinfo xəbər verir ki, ötən gün başlayan nümayişlər zamanı bələdiyyə binası yandırılıb. Aksiyalar 1 nəfərin həyatına son qoyub, 25 nəfər isə yaralanıb. 

2 gün əvvəl keçirilən aksiya zamanı isə Bəsra vali binasına hücum edilmişdi. Hadisələr zamanı 7 nəfər ölmüş, 40 nəfər yaralanmışdı. 

Gülşən