Dünya 10:51 09.12.2018

İraq neft hasilatını azaldan ölkələr sırasına qoşuldu

İraq günlük neft istehsalını azaldacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə neft naziri Samir Qazban açıqlama ilə çıxış edərək OPEC və təşkilata üzv olmayan digər ölkələrin qərarlarına qoşularaq günlük neft hasilatını 139 min barel azaldacaqlarını açıqlayıb.

Avstriyada keçirilən iclasda OPEC günlük neft hasilatını 800 min, digər ölkələr isə 400 min barel azaltmaq barədə razılığa gəlmişdi. 

Səudiyyə hasilatı 500 min, Rusiya isə 228 min barel azaldacaq.

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!