Dünya 09:47 08.09.2018

İraqda İran konsulluğuna od vuruldu

İraqın Bəsra şəhərində nümayişçilər İran konsulluğuna od vurub.

Qaynarinfo Al Jazeera-ya istinadən xəbər verir ki, hadisə zamanı konsulluqda heç kim olmayıb. Günlərdir davam edən aksiyalarda çox sayda nümayişçi dünyasını dəyişib, bir neçə dövlət binası yandırılıb. 2 milyon insanın yaşadığı Bəsrada küçəyə çıxmaq qadağan edilib.

Qeyd edək ki, nümayişlər işsizlik, aşağı xidmət səviyyəsi əleyhinə keçirilir.

Gülşən