Dünya 10:36 24.07.2018

İraqda nümayişlər davam edir: 14 ölü, 742 yaralı

İraqda işsizlik, elektrik problemi əleyhinə davam edən etiraz aksiyalarında ölənlərin sayı 14 nəfərə çatıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, yaralılar isə 742 nəfərdir. Zərərçəkənlərdən 470-i təhlükəsizlik əməkdaşıdır. Polislərin nümayişçilərə atəş açdığı, güc tətbiq etdiyi bildirilir. 

Onlarla aksiya iştirakçısı şiə qrupları və polislər tərəfindən saxlanılıb.

Gülşən