Foto 17:16 21.01.2022

İrəvanda ABŞ əleyhinə aksiya (FOTOLAR)

İrəvanda ABŞ-a getmək üçün etiraz aksiyası keçirilib.

Yanvar 19-da İrəvandakı ABŞ səfirliyinin binası yaxınlığında, Admiral İsakovun heykəlinin yanında DV-2022 erməni Yaşıl Kartdan faydalananların etiraz aksiyası keçirilib.

Qayanrinfo xəbər verir ki, onlar artıq bir müddətdir bürokratik əngəllər içində olduqlarını qeyd ediblər və Ermənistandan benefisiarların dəvət edilməməsinin səbəblərini anlamaq istəyirlər.

Aksiya iştirakçıları "Fürsətimizi əldən vermək istəmirik”, "Uşaqlarımıza parlaq gələcək istəyirik”, "5 dəqiqəlik müsahibə bizi xəyalımızdan uzaqlaşdırır” və digər yazılar yazılmış plakatlarla küçələrə çıxıblar.

Yeri gəlmişkən, aksiyaçılar üzlərini bağlayaraq, jurnalistlərlə danışmaqdan imtina etdiblər.

Telman