Dünya 16:58 04.11.2019

İrəvanda Rusiya aviabazasının anqarı yanır

Ermənisranın paytaxtı İrəvanda "Erebuni” aerodromunda anqarın dam örtüyü yanır.

Qaynarinfo erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə yerinə 10 yanğınsöndürmə briqadası göndərilib.

Xəsarət alanlar barədə hər hansı məlumat verilməyib.

Qeyd edək ki, "Erebuni” aerodromunda Rusiyanın aviabazası yerləşir.