Dünya 10:30 10.09.2017

İrma fəlakəti ABŞ-da (FOTOLAR)

Onlarla insanın ölümünə səbəb olan İrma qasırğası Karib sahilləri, Dominikan Respublikası, Kosta Rika və Kubanın ardından bu gün ABŞ-ın Florida ştatına çatacaq.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ rəsmiləri qasırğanın dağıdıcı olacağını bildirib və 5,6 milyon nəfər barədə təxliyyə təlimatı verilib. Bunun ABŞ tarixindəki ən böyük köç olduğu deyilir. Qasırğa nəticəsində 3,4 milyon insanın işıqsız qalacağı barədə xəbərdarlıq edilib. 

Ərazini tərk etməyə çalışan insanlar isə tıxac və yanacaq qıtlığından çətinlik çəkir. 

Çox sayda əhali isə vacib əşyalarını və heyvanlarını götürüb sığınacaqlara yerləşib. 

Qasırğanın hazırda Floridanın cənubuna çatması barədə məlumat verilib.

Gülşən

Qaynarinfo.Az