Dünya 14:19 09.09.2017

İrma qasırğası fəlakəti davam edir: Trampın evi boşaldıldı (FOTOLAR)

ABŞ-a doğru yaxınlaşan İrma qasırğası Qəraiblərdən sonra Kubaya çatıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Qəraiblərdə 26 nəfərin ölümünə səbəb olan qasırğa Kubaya güclü külək və yağışla gəlib. 50 min turist bu səbəblə ölkəni tərk edib.

ABŞ-ın Florida ştatına sabah çatacağı gözlənilən qasırğaya görə 5 milyon 600 min nəfərin təxliyyəsi barədə qərar verilib. Saatda 450 km sürətlə hərəkət edən İrma səbəbilə Floridadan 1,5 milyon insan qaçmağa çalışır.

ABŞ prezidenti Donald Trampın "Palm Beach" də yerləşən "Mar-a Lago" adlı malikanəsinin əşyaları isə zərər görməmələri üçün boşaldılıb.

Gülşən

Qaynarinfo.Az