Ekonomiks 22:57 28.01.2018

İş müsahibəsi stresini azaldan 40 sual

Yeni iş üçün müsahibəyə getmək stresli ola bilər.

Nə yaxşı ki, iş müsahibələri çox hallarda standart formata uyğun olur.

Sizə verilən bütün sualları burada əhatə edə bilməsək də, ən çox verilən 40 iş müsahibəsi suallarını seçmişik. Əgər bu suallara hazır olsanız, siz özünüzü iş müsahibəsinə 90% hazır hesab edə bilərsiniz.

İş müsahibəsinə gedən zaman sizdən soruşulacaq sualların əksəriyyətinə olan cavablarını öncədən hazırlayan zaman nə qədər rahat olduğunuzu düşünün.

Gəlin birbaşa suallara keçək…

1. Özünüz haqqında danışın.

2. Sizə nə motivasiya verir?

3. Biz sizi nəyə görə işə götürməliyik?

4. Siz nəyə görə burada işləmək istəyirsiniz?

5. Güclü tərəflərinizi sadalaya bilərsiniz?

6. Sizin hansı zəif tərəfləriniz var?

7. Yaxşı bir komanda üzvü necə olmalıdır?

8. 5 ildən sonra özünüzü harada görürsünüz?

9. Sizin əmək haqqı gözləntiniz nə qədərdir?

10. Bizdən soruşmaq istədiyiniz hər hansı bir şey var?

11. Şirkətimiz nəyi daha yaxşı və ya fərqli edə bilər?

12. Əgər heyvan olsanız, hansı heyvan olardınız?

13. Stres və təzyiqi necə idarə edirsiniz?

14. Nəyə görə bu işi istəyirsiniz?

15. Uğursuzluğu necə qarşılayırsınız?

16. Uğuru necə qarşılayırsınız?

17. Hobbiləriniz nələrdir?

18. Sizi digər namizədlərdən nə fərqləndirir?

19. Karyeranızda ən aşağı pillə nə olub?

20. Karyeranızda ən yüksək pillə nə olub?

21. Bu vəzifədə ilk ayınız sizcə necə olacaq?

22. Deyə bilərsinizmi, nəyə görə karyera istiqamətinizi dəyişmisiniz?

23. Nəyə görə məşğulluq tarixçənizdə boşluq var?

24. İş yoldaşlarınız sizi necə təsvir edə bilərlər?

25. Nəyə görə sizi işə götürməliyik?

26. Xəyalını qurduğunuz iş hansıdır?

27. Nəyə görə hazırkı iş yerinizi tərk etmək istəyirsiniz?

28. Bu, iş üçün gözləntiləriniz nələrdir?

29. Sizcə, ideal iş mühiti necə olmalıdır?

30. Menecerinizlə razılaşmayaraq mübahisə etdiyiniz bir situasiyanı danışa bilərsiniz?

31. Hazırda işlədiyiniz şirkət üçün ən böyük töhfəniz nədir?

32. Sizin xüsusi bir idarəetmə üsulunuz var?

33. Başqa hara müraciət etmisiniz?

34. Bizim rəqiblər haqqında nə düşünürsünüz?

35. Lidersiniz?

36. Problemləri necə həll edirsiniz?

37. Sizi səhər yataqdan qaldıran nədir?

38. İşə gecikərkən nə edirsiniz?

39. Özünüzü rəqabətcil hesab edirsiniz?

40. Sizin haqqınızda ən möhtəşəm şey nədir?

İş müsahibələrinə öncədən hazırlaşmaq sizi təkcə rahatlanmağınıza köməklik etməyəcək, həmçinin digər namizədlərlə müqayisədə sizə üstünlük verəcəkdir.

Əlbəttə ki, gözlənilməz suallar da ola bilər. Lakin, sizin hazırlığınız özünüzə inamı artıracaq və ən çətin suallara belə cavab verməyə imkan verəcəkdir.

Növbəti iş müsahibəsində uğurlar!

Mənbə: moneta.az