Foto 19:15 20.02.2019

İsa Muğannanın nəvəsi dövlət qulluğuna qəbul oldu (FOTO)

İsa Muğannanın adını daşıyan nəvəsi yüksək balla dövlət qulluğuna qəbul olub.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, bu barədə xalq yazıçısının yaxınları sosial şəbəkədə paylaşım ediblər.

İsa Muğannanın qardaşı qızı Afaq xanım açıqlamasında bildirib ki, Sevinc Muğannanın oğlu, İsa Ağazadə imtahanların ikinci mərhələsində də yüksək nəticə göstərib:

"İsa balamız dövlət qulluğunda işləmək üçün imtahanlara baş vurub və hər iki mərhələdə yüksək nəticə göstərib. O, İsa Muğannanın yeganə övladı Sevinc Muğannanın oğludur. Babasının - İsa Muğannanın əlində böyüyüb”.