Siyasət 16:53 20.06.2013

İsa Qəmbər, Eldar Namazov və Əli Kərimli görüşdü

Milli Şuranın sabaha təyin olunmuş toplantısı ilə bağlı olaraq bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və "El" hərəkatının rəhbəri Eldar Namazov bir araya gələrək görüş keçiriblər.

Bu barədə musavat.com-a Milli Şuradakı adının çəkilməsini istəməyən mənbə xəbər verib.

Bildirilir ki, liderlərin söhbətinin əsas mövzusu Milli Şura sabahkı toplantısı, ümumiyyətlə, qurumun perspektiv planları ilə bağlı olub. E.Namazov bu gün Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla öz arasında olan telefon danışığı barədə məlumat verib, onun Milli Şuraya dair fikirlərini İsa Qəmbər və Əli Kərimliyə çatdırıb.

Qaynar.info