Siyasət 14:12 11.06.2013

İsa Qəmbər Milli Şura ilə bağlı qırmızı xətti açıqladı

Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər jurnalistlər üçün brifinq keçirib.

“Qafqazinfo” xəbər verir ki, brifinqdə partiya başqanı maraqlı açıqlamalar verib və jurnalistlərin suallarını cavablandırıb. İsa Qəmbər bildirib ki, ona bir neçə saytdan müsahibə üçün müraciətlər olub: “Düşündüm ki, bir neçə jurnalistlə görüşüb bu suallara aydınlıq gətirə bilərik. Əslində hər şey kifayət qədər aydındır. 2013-cü ildə Azərbaycanda prezident seçkiləri keçirilməlidir. Seçkilərə hazırlıq çox mürəkkəb bir şəraitdə davam edir. 7 iyunda iki önəmli hadisə oldu. Birincisi, Demokratik Qüvvələrin Milli Şurası təsis olundu. Bununla da ölkəmizin demokratik düşərgəsi seçkilərlə bağlı ölkəyə, cəmiyyətə və dünyaya güclü bir mesaj verdi. Eyni zamanda Yeni Azərbaycan Partiyası da qurultay keçirərək seçkilərə öz münasibətini açıqladı. Görünür ki, suallarınız da əsasən bununla bağlı olacaq”.

 “Qafqazinfo” saytının əməkdaşı Günel Türksoy: “İsa bəy, Milli Şuranın ilk təsis toplantısında Rüstəm İbrahimbəyov təbrik məktubunda qeyd etdi ki, Avroatalntik məkana inteqrasiya məsələsində tələskənlik göstərmək bunu bəyannamədə əks etdirmək bir az etik sayılmır. Siz də bu açıqlamadan sonra bəyan etdiniz ki, madam ki, Rüstəm müəllim bu məsələni təbrik məktubuna salmağı zəruri hesab edib, mən də öz mövqeyimi zəruri hesab edirəm. Bundan sonra bu məsələ cəmiyyətdə bir sıra müzakirələrə gətirib çıxardı ki, qüvvələr arasında anlaşmazlıq var. Siz bunu necə dəyərləndirirsiniz?”.

Müsavat başqanı İsa Qəmbər: “Bu məsələ ilə bağlı görünür bir az yanlış anlaşma oldu. Çünki Avroatlantik inteqrasiya hədəfi Milli Şuranın bəyannmə layihəsində öncədən var idi. Bu sənəd Milli Şura təsis olunmasından təxminən bir ay öncə ən azı axırıncı variant layihəsi olaraq hazır idi. Müxtəlif təkliflər hazırlamışdıq. Layihə də hazır idi. Demokratik Qüvvələrin Milli Şurasının Avroatlantik məkana inteqrasiyası da hədəflərdən biri kimi müəyyənləşdirildiyi qeyd olunurdu. Nədənsə yalnız Milli Şuranın təsisinə çox az müddət qalmış 27 mayda bəlli oldu ki, bəzi həmkarlarımız həmin məsələnin sənəddə yer almasını istəmirlər. O zaman biz də Müsavat Partiyası olaraq prinsipial mövqeyimizi bəlli etdik ki, bu bizim üçün qırmızı xətlərdən biridir. Azərbaycanın çağdaş mürəkkəb dünyada öz təhlükəsizlik konsepsiyasını müəyyənləşdirməsi həddindən artıq önəmlidir. Bu baxımdan Azərbaycanın maraqlarına cavab verən şəkildə Avroatlantik məkana inteqrasiyadır. Bundan sonra müəyyən müzakirələr oldu. Həmkarlarımız bizim təklif etdiyimiz şəkildən bir qədər başqa şəkildə kompromis şəkildə həmin müddəanı layihəyə təqdim etdilər. Biz də kompromis naminə razılaşdıq. Bundan sonra bu mövzunun yenidən aktuallaşdırılması o qədər də işin xeyrinə olmazdı. Mən də ona işarə etmək istədim. Milli Şuranın təsis günü məktubda həmin o mövqe bildirilməsəydi, mən də onun üzərinə qaytımağa ehtiyac duymazdım. Mən və Müsavat Partiası hesab edir ki, ölkəyə özünü əsas alternativ qüvvə kimi təqdim edən bütün demokratiik ictimaiyyətin qüvvə mərkəzi kimi təqdim edən Milli Şuranın hədəfləri cəmiyyətə kifayət qədər aydın olmalıdır. Buna görə də daxildə hansı addımları atacağımızı bəyan etməklə yanaşı beynəlxalq aləmdə də, xarici siyasətdə də hansı istiqamətdə addımlar atacağımızı açıq şəkikldə bəyan etməliyik. Buna görə də Avroatlantik məkana inteqrasiya müddəasının hansısa formada sənəddə olması zəruri idi”.

Qaynar.info